Gerb

10 noyabr 2017, 11:00

Möhtərəm cənab Prezident,

Azərbaycan xalqının tarixində misli görünməmiş, əsrlər boyu əlçatmaz və xəyal kimi görünən işlərin, qlobal layihələrin icrası hər bir azərbaycanlını sevindirir. Bu, həm də onu göstərir ki, ulu öndər Heydər Əliyev siyasəti yaşadılır və ölkəmiz uğurla inkişaf etdirilir.

Hazırda bir sıra ölkələrdə böhran, terror hadisələri, daxili münaqişələr davam etdiyi halda, Azərbaycanda əmin-amanlıq hökm sürür, tikinti-quruculuq işləri yeni müstəviyə qədəm qoyur. Bu il oktyabrın 30-da xalqımızın tarixində yeni bir səhifə açıldı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi.

Cənab Prezident, bu münasibətlə Sizi, birinci xanım Mehriban Əliyevanı, ailə üzvlərinizi və bütün Azərbaycan xalqını öz adımdan, ailəm və işlədiyim kollektivdəki müəllimlər adından səmimi qəlbdən təbrik edir, Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Fərəməzov Azər Surətulla oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Təngərüd kəndi