11 noyabr 2017, 19:00

Raqub Həsənovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən sadə Azərbaycan vətəndaşı, uzun illərin sürücüsü və bir məcburi köçkün kimi Sizə təşəkkür etməyi özümə borc bildim. Azərbaycan dövlətinə rəhbərlik etdiyiniz bu illər ərzində bütün digər bölgələrimiz kimi, Füzuli rayonuna, eləcə də Horadiz şəhərinə ayırdığınız diqqət və göstərdiyiniz qayğıya görə səmimi təşəkkürümü, minnətdarlığımı çatdırıram. 

Cənab Prezident, məhz Sizin sərəncamlarınızla ayrılan vəsaitlər hesabına Füzuli rayonunda, o cümlədən Horadiz şəhərində görülən böyük abadlıq-quruculuq işləri rayonun bütün sakinləri kimi, məni də çox sevindirir. Ən əsası isə bu gün Bakıdan Horadizə rahatlıqla gedib-gələ bilirik. Bu istiqamətdə yeni çəkilən yoldan hər gün bəhrələnən bir vətəndaş kimi Sizə təşəkkür edir, möhkəm cansağlığı arzulayıram. 

Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz böyük işlər tarixin yaddaşında silinməz izlərlə qalacaq. 

Hörmətlə, 

Həsənov Raqub Vətən oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, 

Horadiz şəhəri.