30 iyun 2011, 15:00

Asim Nusalovdan, Bakı, Azərbaycan

Zati-aliləri, hörmətli cənab İlham Əliyev!

Sizi və hörmətli ailənizi 26 iyun - Silahlı qüvvələrin yaranması günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. O gün olsun ki, bu gözəl bayramı Qarabağda Sizinlə bir yerdə qeyd edək. Buzovna qəsəbəsində yaradılan abadlığa, enli və rahat yollara, sakinlərin rahat istirahətini təmin edən parka - bir sözlə, bütün gözəlliklərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, işlərinizdə hər zaman uğurlar arzulayır və ümummilli liderimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik.

Hörmətlə,

Nusalov Asim Əliəkrəm oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri,
Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 5.