İlham Əliyev Braziliyanın xarici əlaqələr nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15 noyabr 2017, 11:00
İlham Əliyev Braziliyanın xarici əlaqələr nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd etdi. Əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da addımlar atmağın zəruriliyini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu dedi və Braziliyanın xarici əlaqələr nazirinin Azərbaycana rəsmi səfərini bunun yaxşı göstəricisi kimi dəyərləndirdi. Gələcək illərdə qarşılıqlı iqtisadi əməkdaşlığa diqqət yetirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin hələ ki, aşağı səviyyədə olduğunu bildirdi. İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev biznes dairələrinin birgə fəaliyyəti sayəsində daha da yaxşı nəticələrə nail olmağın mümkünlüyünü vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Braziliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və nazir Aloyzio Nunyes Ferreiranın ölkəmizə səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira öz növbəsində Prezident İlham Əliyevin əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı dediyi fikirlərlə tam razı olduğunu bildirdi. Nazir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini vurğuladı. Braziliyalı nazir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində çox maraqlı olduğunu dedi və bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi bununla bağlı məsələləri müzakirə etməkdir.

Görüşdə Azərbaycan ilə Braziliya arasında iqtisadi, sərmayə qoyuluşu, biznes, turizm, təhsil, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10