18 noyabr 2017, 12:00

Nərminə Musayeva və Azər Quliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycanın uğurlu inkişafı Sizin uzaqgörən siyasətiniz nəticəsində müvəffəqiyyətlə davam etdirilir. Bütün sahələrlə yanaşı, gənc nəslin dünyagörüşünün formalaşması üçün həyata keçirdiyiniz layihələr bunun bariz nümunəsidir.

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya isə şagirdlərdə ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, milli-mənəvi sərvətləri, mədəni irsi, özünəməxsus xüsusiyyətləri, respublikamızın dinamik inkişafı barədə əyani təsəvvür yaradır. Bu, onların daha savadlı, geniş dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, vətənpərvər ruhda böyüməsinə misilsiz xidmətdir.

Biz Sizin bu siyasətinizi dəstəkləyir və Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Musayeva Nərminə Səlahəddin qızı

Quliyev Azər Qiyas oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.