18 noyabr 2017, 11:30

Mirdamət Zeynalzadə və başqalarından, Xocavənd, Azərbaycan

Əziz və hörmətli cənab Prezident,

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada biz də iştirak etdik. Şəki-Qəbələ-Zaqatala marşrutu üzrə səyahətimiz zamanı bu rayonların tarixi abidələrinə baxdıq, respublikamızın bu günədək tanımadığımız gəzməli, görməli yerlərində olduq. Bu tur-aksiya zamanı çox maraqlı məlumatlar əldə etdik ki, bu da bizim Vətənimiz haqqında təsəvvürümüzü daha da genişləndirdi.

Əziz Prezidentimiz, buna görə Sizə təşəkkürümüzü bildiririk. Arzu edirik ki, işğal altındakı torpaqlarımız tezliklə işğaldan azad edilsin, “Ölkəmizi tanıyaq” layihəsinin növbəti istiqaməti doğma Qarabağımız, o cümlədən Xocavənd rayonumuz olsun.

Hörmətlə,

Zeynalzadə Mirdamət Azər oğlu

Hüseynli Pərviz Novruz oğlu

İbatov Cahid Nəsib oğlu

Rüstəmova Tamara Münasib qızı.

Azərbaycan Respublikası, Xocavənd rayonu.