18 noyabr 2017, 12:20

Fərid Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Məncə, ölkəni sevmək üçün ilk öncə onu tanımaq lazımdır. Bu sahədə Sizin biz məktəblilərə yaratdığınız şərait misilsizdir.

Cənab Prezident, mən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən növbəti tur-aksiyada iştirak etdim. Cənub bölgəsi ilə tanışlıq, ölkəmizin mədəni irsi haqqında topladığım məlumat intellektual səviyyəmin artmasına müsbət təsir etdi. Buna görə də məktəbli dostlarım adından və şəxsən öz adımdan Sizə və Mehriban xanım Əliyevaya təşəkkür edirəm.

Hörmətlə,

Quliyev Fərid Azər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.