18 noyabr 2017, 14:10

Etiram Dadaşlıdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

“Ölkəmizi tanıyaq” layihəsi ilə şagirdlərimiz respublikamızın müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı qazanırlar. Bu layihənin həyata keçirilməsində Sizin böyük əməyiniz var. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Dadaşlı Etiram Məhəmməd oğlu.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.