20 noyabr 2017, 12:10

Əliağa Dadaşovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sumqayıt şəhəri aparılan abadlıq-quruculuq işləri nəticəsində daha da gözəlləşib. Yollar asfatlanıb, yaşayış binalarının dam örtükləri yenilənib, marşrut xətlərinə yeni və rahat avtobuslar buraxılıb. Bütün bunlar sakinlərimizin daha rahat yaşayışını təmin edir.

Son illər ərzində Sumqayıtda istifadəyə verilmiş bulvar, park və ictimai-sosial obyektlər şəhər əhalisinin və gələn qonaqların gözünü oxşayır.

Hörmətli cənab Prezident, bu işlər Sizin şəhərimizə göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir. Buna görə Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Dadaşov Əliağa Vaqif oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.