20 noyabr 2017, 14:05

Süleyman Quluzadə və başqalarından, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident,

Artıq neçə ildir ki, uğurla təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası zamanı getdiyimiz rayonların keçmişi və bu günü, orada yerləşən Heydər Əliyev mərkəzləri, bayraq meydanları və digər ictimai-sosial obyektlərlə tanışlıq bizim – yuxarı sinif şagirdlərinin dünya görüşündə silinməz izlər buraxmışdır. Yetişməkdə olan gənc nəslə Vətəni daha yaxından tanıtmaq, müstəqil Azərbaycanı öz vətəndaşlarının gözündə daha da ucaltmaq çox vacib və mühüm bir işdir.

Möhtərəm Prezident, bizə bu şəraiti yaratdığınız üçün Sizə minnətdarıq.

Hörmətlə,

Quluzadə Süleyman,

Hacıyeva Ayşən,

Abdullayeva Ağca.

Azərbaycan Respublikası, Daşkəsən rayonu.