20 noyabr 2017, 14:10

Rafiq Qasımov və başqalarından, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınıza əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində övladlarımız Azərbaycanın cənub bölgəsinin cənnət guşələri ilə yaxından tanış olmuşlar. Eyni zamanda, tur-aksiya zamanı rayonların keçmişi və bu günü, özünəməxsus xüsusiyyətləri, ictimai-sosial obyektləri ilə tanışlıq şagirdlərə zəngin məlumat bəxş etmişdir.

Cənab Prezident, orta məktəb şagirdlərinə bu imkanı yaratdığınıza görə ailələrimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılır və xalqın yaddaşına əbədi həkk olunur.

Hörmətlə,

Qasımov Rafiq,

Quluzadə Süleyman,

Hüseynzadə İntiqam,

Həsənov Elmar və başqaları.

Azərbaycan Respublikası, Daşkəsən rayonu.