20 noyabr 2017, 14:20

Murad Piri və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu il noyabrın 11-dən 19-dək keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasının 8-ci mərhələsində biz də iştirak etdik. Azərbaycanın cənub bölgəsinə - Lənkəran şəhərinə, Masallı, Astara rayonlarına səyahət etdik. Bu səfər bizə çox xoş təəssürat bağışladı.

Əziz Prezidentimiz, belə bir tur-aksiyanın iştirakçısı olduğumuz üçün qürur duyuruq. Bu sevinci bizə və şagird yoldaşlarımıza bəxş etdiyiniz üçün Sizə dərin təşəkkürlərimizi bildiririk.

Hörmətlə,

Piri Murad Mahir oğlu,

Mirzəzadə Eldar Aydın oğlu,

Quliyeva Nərmin Tarıyel qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.