21 noyabr 2017, 13:50

Könül Vəliyeva və Mahirə Quliyevadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son illər ərzində Sumqayıtda abadlıq-quruculuq işlərinin geniş vüsət alması bir sıra problemlərimizin həllinə yol açıb. Xüsusilə yaşayış binalarında əsaslı təmir işlərinin aparılması, dam örtüklərinin, kommunikasiya xətlərinin yenilənməsi, zirzəmilərin təmizlənməsi, yeni liftlərin quraşdırılması, həyətlərə asfalt örtüyün çəkilməsi, Şahmat Məktəbinin istifadəyə verilməsi və digər sahələrdə həyata keçirilən tədbirlər Sumqayıt sakinlərinin ürəyincədir.

Əziz Prezidentimiz, bütün bunlar Sizin Sumqayıta və sumqayıtlılara olan diqqətinizin bariz nümunəsidir. Bu diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Vəliyeva Könül İsmayıl qızı

Quliyeva Mahirə Hüseyn qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.