Nizami Seyidəliyev və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin müdrik siyasətiniz nəticəsində doğma Vətənimiz bu gün dünyanın ən sabit ölkələrindəndir. Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğınızı kollektivimiz böyük məmnunluqla qarşılayır.
Bu il noyabrın 10-da Sizin bilavasitə diqqətiniz və qayğınız sayəsində gündən-günə gözəlləşən Gəncəmizdə filarmoniyanın, “Gəncə Mall” ticarət mərkəzinin, görkəmli dövlət xadimi Əziz Əliyev adına parkın, Azərbaycanın dahi klassik şairi Mirzə Şəfi Vazeh muzeyinin və digər obyektlərin, həmçinin ADAU-nun analoqu olmayan ikinci tələbə yataqxanasının açılışlarında iştirakınız alimlərimiz tərəfindən böyük qürur hissi ilə qarşılandı. Bu gün tam qətiyyətlə deyə bilərik ki, aqrar sahədə təhsilin və elmin daha da inkişafı ilə bağlı Sizin tövsiyə və tapşırıqlarınız universitetimizdə uğurla yerinə yetirilir və qarşımızda daha gərgin işləmək tələbi qoyur.
Möhtərəm Prezident, universitetimizin bütün kollektivi Sizin milli maraqlarımıza xidmət edən çoxşaxəli uğurlu daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyir, bu siyasətin qələbəsi uğrunda mübarizədə öndə olmaqdan qürur duyur.
Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın daha da tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.
ADAU-nun müəllimləri adından dərin hörmətlə,
Seyidəliyev Nizami
Əliyev Mirzə
Abbasov Ziyad
İbrahimov Zakir
Qabil Məmmədov.
Azərbaycan Respublikası, Gəncə şəhəri.