“Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 777-VQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21 noyabr 2017, 18:01

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 777-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”nın müddəaları nəzərə alınmaqla “Beynəlxalq müqavilələr haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2017-ci il.