22 noyabr 2017, 12:50

Rüfət Eyvazlı, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınızla Azərbaycan məktəbliləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında bu il mənim də övladlarım iştirak ediblər. Bu layihə şagirdlərin dünyagörüşünün inkişafında mühüm rol oynayır. Lənkəran, Masallı, Astara şəhər və rayonları ilə tanışlıqdan uşaqlar ağızdolusu danışır, ölkəmizlə qürur duyurlar.

Hörmətli cənab Prezident, hər zaman gənclərə göstərdiyiniz qayğı və diqqəti hiss edirik. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Eyvazlı Rüfət Vidadi oğlu

Azərbaycan Respublikası, Ağstafa rayonu.