22 noyabr 2017, 14:00

Güney Mustafayevadan, Bakı, Azərbaycan

Hörmətli Prezident İlham Əliyev,

Bir valideyn kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızın tərəqqisi, inkişafı üçün gördüyünüz bütün işlər xalqın ürəyindən xəbər verir. Övladlarımız üçün tikdirdiyiniz məktəblər, təmir etdirdiyiniz elm ocaqları gələcək nəsillərə böyük qayğıdır.

Bu günlərdə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya məktəblilər üçün maraqlı məqamlarla yadda qaldı. Şagirdlər ölkəmizin bölgələri, mədəniyyət ocaqları və tarixi abidələri ilə tanış olmaq üçün çox gözəl fürsət əldə etdilər. Buna görə bir valideyn kimi Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Mustafayeva Güney İlham qızı. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.