22 noyabr 2017, 14:50

Hafizə Hacıyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Noyabrın 10-da Siz növbəti dəfə Gəncə şəhərində oldunuz və bir sıra obyektlərin açılışında iştirak etdiniz. Yeni açılan bütün bu obyektlər əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Siz Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş yataqxana kompleksinin də açılışını etdiniz. Gənclərə göstərdiyiniz bu qayğı bizi çox sevindirir.

Möhtərəm cənab Prezident, aqrar sahəyə, xüsusilə Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sağ olun, cənab Prezident!

Hörmətlə,

Hacıyeva Hafizə Hüseyn qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.