22 noyabr 2017, 15:30

Əliağa Səfərəliyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Gəncənin inkişafına göstərdiyiniz diqqət və qayğını özündə əks etdirən 2017-ci il 13 noyabr tarixli Sərəncamınıza görə Sizə minnətdarlığımızı bildiririk. Qədim Gəncənin sosial-iqtisadi, mədəni sahələrdə inkişafına dəstəyiniz hər zaman dərin minnətdarlıq hissi ilə qarşılanır. Əminik ki, yeni imzaladığınız bu sərəncamlar doğma Gəncəmizin daha da çiçəklənməsində mühüm rol oynayacaq. Biz gəncəlilər ümidvarıq ki, Sizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tikiləcək yeni mədəni və sosial obyektlərin açılışında iştirakınız bizi daha da sıx birləşdirəcək. 

Hörmətli cənab Prezident, Sizə və Mehriban xanım Əliyevaya bir daha sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Səfərəliyev Əliağa

Kərimov Abdulla

Hüseynov Valeh

Süleymanov Knyaz

Həsənova Nərgiz.

Azərbaycan Respublikası, Gəncə şəhəri.