23 noyabr 2017, 15:30

İlkin Hacıyev və Emil Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu il noyabrın 11-14-də keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının səkkizinci mərhələsinin təşkilinə görə, ilk növbədə, Sizə dərin təşəkkürümüzü bildiririk. Çünki bu mühüm layihə məhz Sizin təşəbbüsünüz və tapşırığınız əsasında həyata keçirilir. Bu tur-aksiya  gənclərin azərbaycançılıq məfkurəsi əsasında, vətənpərvərlik və tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfədir.

Möhtərəm Prezident, Sizin gənclərə bu cür münasibətiniz, qayğınız və dəstəyiniz bizə güc, qüvvət verir. Bütün bunlara görə şəxsən öz adımızdan və bütün gənclər adından Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Hacıyev İlkin Nahid oğlu

Əliyev Emil Elmi oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.