23 noyabr 2017, 16:10

Fikrət Verdiyev və Bəyimxanım Verdiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün respublikamız Sizin rəhbərliyiniz altında hər sahədə uğurla inkişaf edir. Azərbaycan mədəniyyəti, incəsənəti özünün intibah dövrünü yaşayır. Bu nailiyyətlərin əsasını müasir müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu ulu öndərimiz Heydər Əliyev qoyub və Siz Ümummilli Liderimizin layiqli davamçısı olaraq son dərəcədə misilsiz fəaliyyətinizlə mədəniyyətimizə, incəsənətimizə yüksək töhfələr verirsiniz.

Möhtərəm Prezident, Siz hələ 2012-ci il yanvarın 21-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə olarkən filarmoniyanın yeni binasının təməlini qoymuşdunuz. Bu günlərdə Gəncə Dövlət Filarmoniyasının açılışında iştirak edərək gəncəlilərə, bütövlükdə Azərbaycan xalqına çox böyük bir sevinc ərməğan etdiniz.

Bütün bunlara görə biz şəxsən öz adımızdan və ailə üzvlərimizin adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Var olun! Yaşayın! Yaşadın! Allah Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

Fikrət Verdiyev, Xalq Artisti, tarzən,

Bəyimxanım Verdiyeva, Xalq Artisti, Xan Şuşinskinin qız, Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.