23 noyabr 2017, 16:15

Pənah Səmədovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Qədim Nizami yurdu doğma Gəncəmizin sosial-iqtisadi və mədəni inkişafını daha da sürətləndirmək məqsədilə imzaladığınız 2017-ci il 13 noyabr tarixli sərəncamlarınız dərin razılıq və minnətdarlıq hissi ilə qarşılandı. Sizin şəhərimizə hər səfəriniz və bu səfərlərdən sonra Gəncə ilə bağlı sərəncamlar verməyiniz bizim üçün unudulmaz gün kimi yaddaşımıza həkk olunur və Zati-alinizə olan sevgimizi daha da coşdurur. Biz gəncəlilər hər zaman Sizin diqqət və qayğınızı hiss etmişik. Məhz bu sərəncamlarınızla ayrılmış vəsait hesabına tikiləcək yeni mədəni obyektlərin açılışında Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakınızı səbirsizliklə gözləyirik. Çünki Sizin hər gəlişiniz bizim üçün tarixə çevrilir. 

Hörmətli Prezidentimiz, böyük diqqət və qayğıya görə bir daha Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Səmədov Pənah

Quliyev Vidadi

Yusifova Elnura

Qasımov Elnur

Rzayev Nizami.

Azərbaycan Respublikası, Gəncə şəhəri.