23 noyabr 2017, 16:20

Mətanət Rəhimovadan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon şagirdlərindən bir qrupu üç gün ərzində ölkəmizin cənub bölgəsində səyahətdə oldu. Övladımın da həmin qrupun tərkibində olması məni ikiqat sevindirdi. Onlar səfər çərçivəsində Lənkəran şəhərinin, Masallı və Astara rayonlarının gəzməli-görməli yerləri ilə yaxından tanış oldular. Bütün bunlar Sizin tariximizə və milli-mənəvi dəyərlərə, gələcəyimiz olan uşaqlara göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Bu tur-aksiyalar övladlarımızın ölkəmizin tarixi irsini, mədəniyyətini, adət-ənənələrini dərindən bilmələrinə şərait yaradır.

Hörmətli cənab Prezident, bütün bunlara görə valideynlər adından Sizə təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Rəhimova Mətanət Ələkbər qızı.

Azərbaycan Respublikası, Ağstafa rayonu, Həsənsu kəndi.