24 noyabr 2017, 12:15

Arzu Quliyevadan, Xocavənd, Azərbaycan

Əziz Prezidentimiz,

Siz 2008-ci ildə Beyləqan rayonunda məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinin və bizim təhsil aldığımız Salakətin kənd tam orta məktəbinin açılışında iştirak etdiniz. O tarixi gün bizim üçün unudulmazdır. Bizim üçün daha bir unudulmaz hadisə - hər zaman xatırlayacağımız “Ölkəmizi tanıyaq” layihəsi də məhz Sizin tapşırığınızla həyata keçirilir.

Möhtərəm Prezident, biz şagirdlərin həyatına unudulmaz anlar bəxş etdiyiniz üçün Sizə “Çox sağ olun” deyirik.    

Hörmətlə,

Quliyeva Arzu Minabi qızı.

Azərbaycan Respublikası, Xocavənd rayonu.