24 noyabr 2017, 13:20

İbrahim Hüseynovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Altmış ildən artıq müddətdə Azərbaycan Dövlət Aqrar Universitetində işləmişəm. Doğma vətənim Azərbaycanın tərəqqisi həmişə məni qürurlandırıb.

Universitetimin keçmişi ilə indiki dövrünü müqayisə edərkən sevincdən gözlərim dolur.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür arzu edirəm. Qadir Allah Sizi, xalqımızı qorusun. Gün o gün olsun ki, dövlət bayrağımız Şuşada, Xankəndidə, işğal olunmuş digər bölgələrimizdə dalğalansın.

Yaşasın müstəqil Azərbaycan!

Şəxsiyyətinizə dərin hörmətlə,

Hüseynov İbrahim Məmməd oğlu, ADAU-nun sabiq dosenti.

Azərbaycan Respublikası, Gəncə şəhəri.