24 noyabr 2017, 13:25

Nəriman Rəhimovdan, Qubadlı, Azərbaycan

Hörmətli cənab Prezident,

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaya mənim 9-cu sinifdə oxuyan övladım da qatıldı. Bu layihəni reallaşdırmaqla Siz övladlarımızın Vətənə, el-obaya sevgisini artırırsınız. Onlar kitablardan oxuduqlarını canlı olaraq öz gözləri ilə görür və daha yaxşı dərk edirlər. Gənc nəsil əyani şəkildə görür ki, Azərbaycan çiçəklənən ölkədir.

Möhtərəm Prezident, bu tur-aksiyanın təşkilinə görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Rəhimov Nəriman Sabir oğlu.

Azərbaycan Respublikası, Qubadlı rayonu, Xanlıq kəndi.