24 noyabr 2017, 14:00

M.Cəfərov və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin diqqət və qayğınız sayəsində son illər ərzində sürətlə inkişaf edən, tarixi zənginliyi qorumaqla müasirləşən doğma Gəncəmiz bu gün gənclər şəhərinə çevrilib. Şəhərimizə növbəti səfəriniz zamanı bir neçə sosial obyektlə yanaşı, Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binasının açılışı Gəncə sakinlərinə, o cümlədən biz gənclərə sonsuz sevinci bəxş etdi.

Gəncədə İdman Sarayının inşası və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisinin davam etdirilməsi ilə bağlı noyabrın 13-də imzaladığınız sərəncamları şəhərimizin gəncləri böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladılar. Biz gənclərin çoxdankı arzusunu reallaşdırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Əziz Prezidentimiz, biz inanırıq ki, gələn il Sizin iştirakınızla bu mühüm sosial obyektlərin açılışı baş tutacaq. Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzu edirik.

Hörmətlə,

Cəfərov M, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi

Qasımov R, 1 saylı Uşaq-Gənclər İdman Məktəbi direktoru, Paralimpiya çempionu, “Şöhrət” ordenli

Həsənov A, 2 saylı Uşaq-Gənclər İdman və Şahmat Uşaq-Gənclər İdman məktəblərinin direktoru, Əməkdar Məşqçi,

Qurbanov A, Gəncə “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru

Bəhmənzadə B, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.