24 noyabr 2017, 14:05

Əfqan Quliyevdən, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz - Lerik rayonunun Lüləkəran kəndinin sakinləri kəndimizi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun təmiri ilə əlaqədar iki ay bundan əvvəl Sizə müraciət etmişdik. Müraciətimizdən sonra mütəxəssislər tərəfindən yola baxış keçirildi və yolun təmiri haqqında qərar qəbul olundu. Yol əsaslı şəkildə təmir edildi və bu günlərdə istifadəyə verildi.

Hörmətli cənab Prezident, bu sevinci bizə bəxş etdiyinizə görə Lüləkəran kənd sakinləri adından Sizə - ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısına “Çox sağ olun” deyir, dərin minnətdarlığımızı bildirir, Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı diləyirik. Sizin  yürütdüyünüz daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik. Sizə bütün işlərinizdə uğurlar və müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Quliyev Əfqan Barat oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Lüləkəran kəndi.