25 noyabr 2017, 11:20

Aydəgül Əhmədovadan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınıza əsasən artıq bir neçə ildir ki, “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya keçirilir. Bu tur-aksiya çərçivəsində Qəbələ rayonunun məktəbliləri noyabrın 16-dan 19-dək Quba-Qusar-Xaçmaz rayonlarında oldular. Mənim qızım da budəfəki ekskursiyada iştirak edib və səfərdən böyük təəssüratla qayıdıb.

Cənab Prezident, uşaqlarımız üçün belə gözəl şərait yaratdığınıza görə ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Əhmədova Aydəgül Məhəmmədiyyə qızı.

Azərbaycan Respublikası, Qəbələ rayonu.