25 noyabr 2017, 11:35

Əli Əsədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Xocalı rayon Xankəndi şəhəri Natiq Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin şagirdiyəm. “Ölkəmizi tanıyaq” devizi altında keçirilən gəzinti çox xoşuma gəldi. Biz bu gəzintidə Azərbaycanın getmədiyimiz, görmədiyimiz gözəl guşələrini gördük. Buna  görə valideynlərimin, təhsil aldığım məktəbin müəllimləri və şagirdləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

İnşallah, bu səfərlər işğal olunmuş rayonlarımızda davam etdirilər. İnanırıq ki, Sizin apardığınız uğurlu siyasət nəticəsində biz buna da nail olacağıq. Var olun, cənab Prezident!

Hörmətlə,

Əsədov Əli Həsən oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.