25 noyabr 2017, 11:40

Qafar Abdullayevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün gənclərin ölkəmizin maddi və mədəniyyət nümunələrini tanıması, Vətənimizin tarixinin dərindən öyrənilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyadır. Bu layihə məktəblilərin dünyagörüşünün artmasında böyük rol oyanır.

Çox sevindirici haldır ki, bu gün ölkəmizdə dövlətimizin təhsilə qayğısı nəticəsində belə təqdirəlayiq işlər görülür. Uşaqlarımızın bu layihədə iştirakı bizim üçün çox böyük bir uğurdur. Ölkəmizi yaxından tanımaq məqsədilə həyata keçirilən bu tur-aksiya övladlarımızın yaddaşında silinməz izlər qoydu.

Çox hörmətli Prezident, uşaqlarımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abdullayev Qafar Şair oğlu.

Azərbaycan Respublikası, Qəbələ şəhəri.