25 noyabr 2017, 12:50

Rayidə Fərziyevadan, Sumqayıt, Azərbaycan

Əziz Prezidentimiz,

Ölkəsini tanımaq hər bir vətəndaşın borcudur. Biz çox xoşbəxtik ki, bu cür gözəl ölkəmiz və dövlətimiz var. Dövlətimiz bizim üçün hər bir şəraiti yaradır. Yeni məktəblər tikilir, şagirdlərə dərsliklər paylanılır və onlar üçün tur-aksiyalar təşkil olunur.

Çox sevinirəm ki, mən də “Ölkəmizi tanıyaq” layihənin iştirakçısı oldum və Sizin qayğınızı öz üzərimdə daha dərindən hiss etdim.

Cənab Prezidentimiz, Sizə gələcək işlərinizdə uğurlar arzulayır və təşəkkürümü bildirirəm.

Hörmətlə,

Fərziyeva Rayidə Əflatun qızı, Zəngilan rayon 15 saylı tam orta məktəbin X sinif şagirdi.

Azərbaycan Respublikası, Sumqayıt rayonu.