25 noyabr 2017, 13:00

Asəf Mirzəyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Azərbaycan Dövlət Aqrar Universitetində baytarlıq ixtisası üzrə təhsil alıram. Azərbaycana rəhbərlik etdiyiniz müddətdə Siz tələbələrə və gənclərə daim diqqət və qayğı göstərmisiniz. Sizin müasir Azərbaycan gəncliyinin intellektual səviyyəsinin yüksəldilməsində əvəzsiz xidmətiniz var.

Sizin  Sərəncamınızla universitetimizdə iki böyük tələbə evinin tikilib istifadəyə verilməsi biz tələbələrin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Buna görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Söz verirəm ki, yaxşı oxuyaraq peşəkar mütəxəssis olacaq və ölkəmizdə aqrar sahənin inkişafına öz töhfəmi verəcəyəm.

Hörmətlə,

Mirzəyev Asəf Aydın oğlu, tələbə.

Azərbaycan Respublikası, Gəncə şəhəri.