25 noyabr 2017, 13:50

Rəna Cəfərovadan, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son dövrlərdə Sizin tərəfinizdən həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanıb. Bu gün doğma Azərbaycanımızın üçrəngli bayrağı mötəbər tədbirlərdə, arenalarda dalğalanır və bu, bizi hər zaman sevindirir. Ölkəmizdə sürətli inkişaf gedir. Bu inkişaf respublikamızın “bağlar diyarı” adlandırılan Quba rayonunda da hiss edilir. Biz qubalılar bunu görür, dərk edir və yüksək qiymətləndiririk.

Əziz Prezidentimiz, əminik ki, ölkəmizin və dövlətimizin yüksək inkişafı, təhlükəsizliyinin təmin olunması, Azərbaycan adının dünyada ucaldılması naminə ölkəmizin hər bir vətəndaşı Sizin arxanızdadır və bundan sonra da Sizə dayaq olacaq. Çünki Siz hər zaman xalqının yanında olan müdrik rəhbər, Ali Baş Komandansınız. Uca Tanrı hər zaman Sizə kömək olsun.

Hörmətlə,

Cəfərova Rəna, şəhid anası.

Azərbaycan Respublikası, Quba rayonu.