25 noyabr 2017, 14:30

Ə.Məmmədovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin diqqət və qayğınız sayəsində son illər Gəncə şəhəri zəngin tarixini qorumaqla müasirləşir, dünya səviyyəli şəhərə çevrilir.

Noyabr ayının 10-da Gəncəyə səfəriniz zamanı müasir tələblər səviyyəsində qurulan Gəncə Dövlət Filarmoniyasında, Mirzə Şəfi Vazeh muzeyində, Əziz Əliyev parkında, 1 saylı tam orta məktəbdə, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasında oldunuz. Gəncə ilə bağlı söylədiyiniz fikirlər bizdə xoş təəssürat yaratdı. Səfərdən sonra Gəncə İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının tikintisi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə noyabrın 13-də imzaladığınız sərəncamlarınız qəlbimizi qürur və fərəh hissi ilə doldurur.

Hörmətli cənab Prezident, bütün bunlar yorulmaz zəhmətinizlə həyata keçirilən xarici və daxili siyasət, dünyada gedən mürəkkəb proseslərə baxmayaraq, regionların tərəqqisinə yönəldilmiş tədbirlər nəticəsində mümkün olub. Bu gün bu işlər uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir.

Gəncə şəhərinin səhiyyə işçiləri bütün bunlara görə Sizə dərin minnətdarlıqlarını çatdırır, möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsinə və tərəqqisinə xidmət edən şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır.

Hörmətlə,

Ə.M.Məmmədov, professor, Əməkdar Həkim.

Azərbaycan Respublikası, Gəncə şəhəri.