25 noyabr 2017, 19:30

İbrahim Sayılovdan, Sumqayıt, Azərbaycan

Hörmətli və əziz Prezidentim,

“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı kimi cənub bölgəsində oldum. Əvvəlki tur-aksiyalarda iştirak etmiş həmyaşıdlarımın səfər barədə danışdıqları və bizimlə bölüşdükləri fikirlər bu layihəyə marağımı daha da artırmışdı. Xüsusilə yaxşı oxuduğuma və məktəb həyatında fəal iştirakıma görə bu layihəyə cəlb olunmağım mənə qürur verir. Uşaq olmağımıza baxmayaraq, bizə dərslərimizdə stimul vermək üçün atılan bu addımı yüksək qiymətləndiririk.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Sayılov İbrahim Səmiyəddin oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.