28 noyabr 2017, 12:10

Nerminə Eyyubovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Şəhərimizdə aparılan abadlıq-quruculuq işləri bizi çox sevindirir. Uşaq bağçalarının, yolların, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, yeni inzibati və ictimai-sosial binaların tikilməsi, parkların salınması hər bir sakinin sevincinə səbəb olur.

Əziz Prezidentimiz, hər bir regionumuz kimi, Sumqayıt şəhərində də görülən məqsədyönlü işlər sayəsində sosial-iqtisadi inkişafa nail olunur.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcəkdə fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Eyyubova Nerminə Vaqif qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.