28 noyabr 2017, 12:20

Əmiralı Mustafayevdən, Qəbələ, Azərbaycan

Əziz Prezidentimiz,

Bu yaxınlarda mənim oğlum Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı kimi respublikamızın dilbər guşələrindən olan Quba, Qusar, Xaçmaz rayonlarının tarixi abidələrini, muzeylərini ziyarət edib. O, bu səfərdən zəngin təəssüratla qayıdıb. Bu, bizi çox sevindirir. 

Hörmətli cənab Prezident, uşaqlarımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Mustafayev Əmiralı Əmirşah oğlu.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Həmzəlli kəndi.