28 noyabr 2017, 14:50

Nicat Hüseynovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin builki turunda mən də iştirak etdim.

İndiyədək öz rayonumuzdan başqa heç bir bölgədə olmamışdım. Səfər çərçivəsində biz doğma vətənimiz Azərbaycanımızın səfalı guşələrində - Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında olduq. Son dərəcə maraqlı və yüksək səviyyədə təşkil olunmuş bu tur-aksiya məndə qürur və iftixar hissi oyatdı. Ecazkar Vətənimizi sevmək, onu cənnətə çevirmək, qorumaq bizim borcumuzdur.

Cənab Prezident, qəlbimə sığmayan sevinc dolu hisslərimə görə məktəbli dostlarım adından Sizə ürəkdən təşəkkür edirəm.

Doğrudan da Siz hər bir azərbaycanlının Prezidentisiniz.

Hörmətlə,

Hüseynov Nicat Elnur oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.