28 noyabr 2017, 15:00

Mehriban Ələkbərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalqımızın övladlarına bir ata qayğısı ilə yanaşaraq onlar üçün yaratdığınız gözəl şəraitə, təhsilin daha da inkişafı məqsədilə gördüyünüz işlərə, həyata keçirdiyiniz böyük layihələrə, məktəblərin kompleks təmiri və müasir avadanlıqla təmin olunmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bütün bu işlər son bir neçə ildə təhsilimizin xeyli inkişaf etməsinə, irəliləməsinə səbəb olub.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında həyata keçirilən möhtəşəm layihə çərçivəsində şagirdlərimiz respublikamızın bölgələrinə səfər edir, dünyagörüşlərini artırırlar.

Çox hörmətli Prezident, Biz Sizin təhsil və digər sahələrdə yürütdüyünüz uğurlu siyasətinizi hər zaman dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

Ələkbərova Mehriban.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.