28 noyabr 2017, 16:00

Eltac Allahyarlıdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Artıq neçə ildir uğurla təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya zamanı getdiyimiz rayonların keçmişi və bu günü, orada yerləşən Heydər Əliyev mərkəzləri, bayraq meydanları və digər ictimai-sosial obyektlərlə tanışlıq yaddaşımızda silinməz izlər buraxıb.

Yetişməkdə olan gənc nəslə Vətəni daha yaxından tanıtmaq, müstəqil Azərbaycanı öz vətəndaşlarının gözündə daha da ucaltmaq çox vacib və mühüm bir işdir.

Möhtərəm Prezident, biz məktəblilərə bu şəraiti yaratdığınız üçün Sizə minnətdarıq.

Hörmətlə,

Allahyarlı Eltac Elşad oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.