29 noyabr 2017, 14:05

Mehparə Musayevadan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Çiçəklənən respublikamızın hər bir vətəndaşı Sizin xalqımızın himayədarı olduğunuzu çox gözəl bilir. Azərbaycan xalqının rifahının yüksəldilməsi üçün imzaladığınız sərəncamlar xalqımızda ruh yüksəkliyi yaradır, hamımızı doğma Azərbaycanımız üçün daha böyük işlər görməyə sövq edir. Bizim övladlarımız daim Sizin qayğınızdan bəhrələnir, Sizdən örnək götürür və gələcəyə ümidlə baxırlar.

Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyanın builki mərhələsində mənim övladım da iştirak etdi. Tur-aksiyanın məktəblilərin vətənpərvərlik tərbiyəsindəki rolu böyükdür. Övladım doğma Vətənimizin bölgələrini gəzmək, onun tarixini, mədəniyyətini öyrənmək imkanından bəhrələndi, ölkəmizdə aparılan sosial-iqtisadi inkişafı öz gözləri ilə gördü.

Əziz Prezidentimiz, uşaqlara qayğıdan, onların vətənpərvər ruhda tərbiyəsinə göstərilən diqqətdən irəli gələn bu təşəbbüsünüzə görə bütün valideynlər adından Sizə minnətdarlıq edirəm.

Tanrı Siz qorusun.

Hörmətlə,

Musayeva Mehparə.

Azərbaycan Respublikası, Qəbələ rayonu.