29 noyabr 2017, 14:35

Xəyal Zeynalovdan, Mingəçevir, Azərbaycan

Çox hörmətli cənab Prezidentimiz,

Sizin tapşırığınıza və göstərişinizə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları mütəmadi qəbul edərək dinləməsi, onların müraciətləri, istək və təklifləri ilə əlaqədar lazımi tədbirlərin görülməsi xalq tərəfindən böyük rəğbətlə qarşılanır. Bu, bir daha göstərir ki, Siz xalqın, millətin daim yaxşı yaşaması üçün səylərinizi əsirgəmirsiniz.

Hörmətli cənab İlham Əliyev, vətəndaşlarımız üçün belə şərait yaratdığınıza görə bir müəllim kimi Sizə dərin təşəkkürümü bildirirəm. Sizə söz verirəm ki, bir müəllim olaraq mən də öz növbəmdə bilik və bacarığımı xalqımızın övladlarına yüksək səviyyədə öyrədəcəyəm. Sizə bir daha təşəkkür edirəm.

Hörmətlə,

Zeynalov Xəyal Niver oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.