“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası

29 noyabr 2017, 22:00

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 29 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Əlavə 4

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanının 5.3-cü bəndinin icrası məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) fəaliyyətində risklərin azaldılması üçün kredit reytinqi sisteminin və digər risklərin idarə edilməsi alətlərinin tətbiqi qaydalarını müəyyən edir.

1.2. Cəmiyyət risklərin idarə edilməsi sisteminin formalaşdırılmasında bu Qaydanın tələblərini və bu sahədə qabaqcıl beynəlxalq standartları nəzərə alır.

1.3. Bu Qaydada göstərilən risklərin idarə edilməsi alətlərinin tətbiqi mexanizmləri Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilən daxili qayda və prosedurlar əsasında həyata keçirilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. risk – ehtimal olunan və ya gözlənilməz hadisələrin baş verməsi nəticəsində yarana biləcək xərclərin (zərərin) müvəkkil bankın və (və ya) Cəmiyyətin kapitalına mənfi təsir göstərməsi ehtimalı;

2.1.2. risklərin idarə edilməsi sistemi – risklərin idarə edilməsi üzrə bu Qayda ilə və digər hüquqi aktlarla müəyyən edilən elementlərdən ibarət sistem;

2.1.3. riskin minimuma endirilməsi – müxtəlif tənzimləmə metodları vasitəsilə risklərin azaldılması;

2.1.4. kredit riski – borcalanın kredit üzrə öhdəliyinin vaxtında və ya tam icra olunmaması nəticəsində yaranan risk;

2.1.5. kredit reytinqi modeli – Cəmiyyət tərəfindən kredit risklərinin minimuma endirilməsi məqsədilə meyarları bu Qayda ilə müəyyən edilmiş qiymətləndirmə aləti;

2.1.6. təminatın likvid dəyəri – kredit təminatının bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində onun satış qiyməti;

2.1.7. təminatın kreditə nisbəti – kreditin verilmə tarixinə kredit təminatının likvid dəyərinin kreditin əsas məbləğinə (kredit xətti üçün kredit xəttinin həcminə) nisbəti;

2.1.8. erkən xəbərdarlıq sistemi – risklərin idarə edilməsi sistemində müxtəlif kəmiyyət və keyfiyyət meyarlarının müəyyən edilmiş hədlərə yaxınlaşması nəticəsində müxtəlif təhlükələrin yaranma ehtimallarını və risklər barədə erkən xəbərdarlıq məlumatlarını çatdıran və risklərin monitorinqi üçün istifadə olunan sistem;

2.1.9. likvidlik kəsiri – eyni ödəniş müddətinə aid olan aktivlərlə öhdəliklər arasındakı fərq.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nda və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.

3. Risklərin idarə edilməsi sistemi

3.0. Cəmiyyətin risklərin idarə edilməsi sistemi aşağıdakıları əhatə edir:

3.0.1. risklərin idarə edilməsi strategiyası;

3.0.2. risklərin idarə edilməsinin təşkilati strukturu;

3.0.3. kredit reytinqi sistemi;

3.0.4. zəmanətin kreditə nisbətinin və illik komissiyanın hesablanması;

3.0.5. risklərin idarə edilməsinin digər alətləri;

3.0.6. hesabatlılıq və monitorinq.

4. Risklərin idarə edilməsi strategiyası

4.1. Cəmiyyətin risklərin idarə edilməsi strategiyası ən azı aşağıdakıları əhatə edir:

4.1.1. risklərin idarə edilməsi üzrə hədəflər;

4.1.2. qəbul edə biləcəyi riskin yuxarı həddi;

4.1.3. aktivlərin və öhdəliklərin strukturu ilə bağlı strateji hədəflər;

4.1.4. makroiqtisadi mühitdə baş verən dəyişikliklərdən yarana biləcək risklərin idarə edilməsi.

4.2. Risklərin idarə edilməsi strategiyası ən azı 3 (üç) ili əhatə edir və Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilir. Müşahidə Şurası risklərin idarə edilməsi strategiyasının icra vəziyyətinin qiymətləndirilməsini ən azı ildə bir dəfə olmaqla təmin edir.

5. Risklərin idarə edilməsinin təşkilati strukturu

5.1. Risklərin idarə edilməsi Cəmiyyətin Müşahidə Şurası, Müşahidə Şurası tərəfindən yaradılan risklərin idarə edilməsi üzrə daxili komitə, İdarə Heyəti və digər məsul struktur bölmələr tərəfindən həyata keçirilir.

5.2. Risklərin idarə edilməsinin təşkilati strukturu aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

5.2.1. təşkilati strukturun bütün səviyyələri üzrə səlahiyyət və məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi;

5.2.2. təşkilati strukturun bütün səviyyələri arasında məlumat axınının səmərəliliyinin təmin edilməsi;

5.2.3. struktur bölmələr və səlahiyyətli şəxslər arasında maraqlar münaqişəsinin qarşısının alınması;

5.2.4. təşkilati strukturun bütün səviyyələri üzrə hesabatlılığın və aşkarlığın təmin edilməsi;

5.2.5. qərar qəbuletmə prosesinin kollegiallığı, müstəqilliyi və şəffaflığının təmin edilməsi.

6. Kredit reytinqi sistemi

6.1. Kredit reytinqi sistemi aşağıdakı meyarlara cavab verən kredit reytinqi modeli əsasında tətbiq olunur:

6.1.1. məbləği 200 000 (iki yüz min) manat və ondan az olan zəmanət üzrə borcalanın kredit reytinqini müvəkkil bank müəyyənləşdirib Cəmiyyətə təqdim edir. Bir-biri ilə əlaqədar borcalanlar qrupuna iki və daha artıq müqavilə üzrə zəmanət verildikdə və bu zəmanətlərin ümumi məbləği 300 000 (üç yüz min) manatdan çox olduqda, onun kredit reytinqi bu Qaydanın 6.1.2-ci yarımbəndinə uyğun müəyyən edilir;

6.1.2. məbləği 200 000 (iki yüz min) manatdan çox olan zəmanət üzrə borcalanın kredit reytinqi müvəkkil bankla yanaşı, Cəmiyyət tərəfindən də onun kredit reytinqi modeli əsasında müəyyən edilir.

6.2. Kredit reytinqi modeli üzrə əldə edilmiş reytinq nəticələri yüksəkriskli, ortariskli və aşağıriskli olmaqla üç risk kateqoriyası üzrə təsnifləşdirilir.

6.3. Kredit reytinqi modeli formalaşdırılarkən borcalanın kredit reyestri məlumatları, habelə borcalanın ödəmə qabiliyyətini xarakterizə edən digər kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınır. Borcalanın kredit reytinqinin hesablanmasında kredit təminatı nəzərə alınmır.

6.4. Cəmiyyət tərəfindən tətbiq edilən kredit reytinqi modelinin parametrlərini (kəmiyyət və keyfiyyət göstəricilərini, onların hədlərini və xüsusi çəkilərini və s.) Cəmiyyətin Müşahidə Şurası müəyyən edir.

6.5. Kredit reytinqi modelinin etibarlılığının ən azı ildə bir dəfə qiymətləndirilməsini Müşahidə Şurası təmin edir.

7. Zəmanətin kreditə nisbəti və illik komissiyanın müəyyən edilməsi

7.1. Bu Qaydanın 6.1.2-ci yarımbəndinə uyğun verilən zəmanət üzrə zəmanətin kreditə nisbəti (örtülmə əmsalı) müəyyən olunarkən aşağıdakı cədvəldən istifadə edilməklə təminatın kreditə nisbəti (aşağı, orta və yuxarı) və bu Qaydanın 6.2-ci bəndinə əsasən müəyyən olunmuş risk kateqoriyası əsas götürülür:

Təminatın kreditə nisbəti

Risk kateqoriyası

Ortariskli

Aşağıriskli

aşağı 

75%

70%

orta

70%

65%

yuxarı

65%

60%

 

7.2. Cəmiyyətin kredit reytinqi modelinin nəticələrinə görə “yüksəkriskli” kateqoriyaya aid olan kreditlərə zəmanət verilmir.

7.3. Bu Qaydanın 6.1.2-ci yarımbəndinə uyğun verilən zəmanət üzrə Cəmiyyətə ödənilməli olan illik komissiya, bu Qaydanın 7.1-ci bəndinə əsasən müəyyən edilmiş zəmanətin kreditə nisbəti hədləri nəzərə alınmaqla, aşağıdakı cədvəldə göstərilən qaydada müəyyən olunur:

Zəmanətin kreditə nisbəti

İllik komissiya

75%

İllik komissiyanın yuxarı həddi

70%

İllik komissiyanın yuxarı həddi x 0.80

65%

İllik komissiyanın yuxarı həddi x 0.65

60%

İllik komissiyanın yuxarı həddi x 0.50

 

7.4. Bu Qaydanın 6.1.1-ci yarımbəndinə uyğun verilən zəmanət üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddi 65% müəyyən edilir.

7.5. Bu Qaydanın 6.1.1-ci yarımbəndinə uyğun verilən zəmanət üzrə Cəmiyyətə ödənilməli olan illik komissiya aşağıdakı cədvəldə göstərilən qaydada müəyyən olunur:

Təminatın kreditə nisbəti

İllik komissiya

aşağı

İllik komissiyanın yuxarı həddi

orta

İllik komissiyanın yuxarı həddi x 0.80

yuxarı

İllik komissiyanın yuxarı həddi x 0.65

 

7.6. Təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Cəmiyyətin Müşahidə Şurası müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

7.7. İllik komissiyanın yuxarı həddini Cəmiyyətin Müşahidə Şurası müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

7.8. Bu Qaydanın 7.1-ci və 7.4-cü bəndlərinin tətbiqi zamanı Cəmiyyətin müəyyən etdiyi zəmanətin kreditə nisbəti, müvəkkil bankın müraciəti əsasında, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nda müəyyən edilmiş həddə qədər azaldıla bilər. Bu zaman zəmanətə görə illik komissiya dəyişdirilmir.

8. Risklərin azaldılması üçün digər alətlər

8.1. Cəmiyyətin Müşahidə Şurası kredit, likvidlik, bazar, əməliyyat risklərinin və fəaliyyətindən irəli gələn digər risklərin tənzimlənməsi üçün risklərin idarə edilməsi alətlərini müəyyən edir.

8.2. Kredit risklərinin idarə edilməsi, kredit reytinqinin tətbiqi ilə yanaşı, ən azı aşağıdakıları əhatə etməlidir:

8.2.1. portfel üzrə limitlər:

1. iqtisadiyyatın sektorları və regionlar üzrə limitlər;

2. borcalan qrupları üzrə limitlər;

3. müvəkkil banklar üzrə zəmanətlərin qalıq məbləğinin bu Qaydanın 7.6-cı bəndinə əsasən müəyyən edilən təminatın kreditə nisbəti kateqoriyaları üzrə limitlər (təminatın kreditə nisbətinin minimum həddini Cəmiyyətin Müşahidə Şurası müəyyən edir);

4. Cəmiyyətin vəsaitlərinin yerləşdirilməsinə dair hər bir investisiya aləti üzrə Cəmiyyətin Müşahidə Şurasının müəyyən etdiyi limitlər;

8.2.2. təminatın qiymətləndirilməsi:

1. Cəmiyyət təminatın qiymətləndirilməsi, rəsmiləşdirilməsi, sığortalanması, şərtlərinin dəyişdirilməsi və təminat üzrə tələb hüququnun həyata keçirilməsi prosedurlarını müəyyən edir. Təminatın qiymətləndirilməsini siyahısı Cəmiyyətin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş müstəqil qiymətləndiricilər həyata keçirirlər;

8.2.3. kreditlərin restrukturizasiyası:

1. Kreditin restrukturizasiyası müvəkkil bankın müraciəti əsasında Cəmiyyətin səlahiyyətli orqanının qərarı ilə həyata keçirilir. Restrukturizasiya yalnız ödəmə qabiliyyəti olan borcalanlara tətbiq edilir;

8.2.4. stress-testlərin keçirilməsi:

1. Cəmiyyət özünün maliyyə dayanıqlılığına təsir edə biləcək halların qabaqcadan müəyyən edilməsi və qarşısının alınması məqsədilə ildə 2 (iki) dəfə stress-testlər keçirir. Stress-test modelləri və stress-testlərin keçirilməsi qaydası Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilir;

8.2.5. alternativ maliyyə alətlərinin tətbiqi:

1. Kredit risklərinin azaldılması məqsədilə Cəmiyyətin Müşahidə Şurası təkrar zəmanət, sığorta və digər alternativ maliyyə alətlərinin seçilməsi meyarlarını müəyyən edir.

8.3. Likvidlik risklərinin idarə edilməsi alətləri ən azı aşağıdakıları əhatə etməlidir:

8.3.1. Cəmiyyətin Müşahidə Şurasının təsdiq etdiyi likvidlik kəsiri üzrə limitlər;

8.3.2. növbəti dövrlər üzrə gözlənilən ödənişlərin, habelə Cəmiyyətin likvidlik tələbinin proqnozlaşdırılması.

8.4. Cəmiyyət tərəfindən müvəkkil banklar üzrə limitlərin müəyyən edilməsi zamanı veriləcək zəmanətlər üzrə bütün ödənişlərin mümkün yuxarı həddi Cəmiyyətin kapitalının 90%-indən çox olmamalıdır.

8.5. Bazar risklərinə həssaslıq ən azı rüblük əsasda qiymətləndirilir. Cəmiyyətin Müşahidə Şurası valyuta və faiz risklərinin minimuma endirilməsi üçün daxili qaydalar müəyyən edir.

8.6. Əməliyyat risklərinin azaldılması məqsədilə Cəmiyyətin Müşahidə Şurası qayda və prosedurlar müəyyən edir.

8.7. Cəmiyyət müvəkkil banklardan daxil olan məlumatlardan, eləcə də digər mənbələrdən istifadə etməklə risklərin müəyyənləşdirilməsi məqsədilə erkən xəbərdarlıq sistemi yaradır.

8.8. Cəmiyyətin səlahiyyətli orqanı risklərin idarə edilməsi sisteminin effektivliyini qiymətləndirir və onun təkmilləşdirilməsi ilə bağlı Cəmiyyətin Müşahidə Şurasına təkliflər verir.

9. Hesabatlılıq və monitorinq

9.1. Müvəkkil banklar Cəmiyyətə ən azı aşağıdakı məzmunda hesabatlar təqdim edirlər:

9.1.1. hər bir kredit üzrə öhdəliklərin gecikmə günləri də daxil olmaqla məlumatlar;

9.1.2. 30 gündən artıq gecikməsi olan kreditlərlə bağlı bankın gördüyü tədbirlərə dair məlumatlar;

9.1.3. krediti üzrə zəmanət verilmiş borcalanların həmin bankdakı öhdəlikləri və yerləşdirilmiş vəsaitləri barədə məlumatlar;

9.1.4. restrukturizasiya olunmuş kreditlər barədə məlumatlar;

9.1.5. zəmanətlər üzrə haqlarla bağlı məlumatlar.

9.2. Bu Qaydanın 9.1.1–9.1.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatlara dair hesabatlar aylıq əsasda, 9.1.5-ci yarımbəndində nəzərdə tutulan məlumatlara dair hesabatlar isə rüblük əsasda təqdim olunur. Hesabatların formasını və təqdim edilmə qaydasını Cəmiyyət müəyyən edir.

9.3. Müvəkkil bank dövri hesabatları hesabat dövründən sonrakı ayın 15-dək Cəmiyyətə təqdim edir.

9.4. Müvəkkil bankların təqdim etdikləri hesabatlar əsasında Cəmiyyət informasiya sistemi formalaşdırır.

9.5. Cəmiyyət kreditlərin anderraytinqinə, vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti təmin etmək, habelə bank tərəfindən uyğunluğun və kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə, aşağıdakılar nəzərə alınmaqla, sahibkarlıq subyektlərində monitorinq aparılması ilə bağlı monitorinq sistemi təşkil edir:

9.5.1. monitorinq növbəti və növbədənkənar qaydada həyata keçirilir;

9.5.2. monitorinqin başlamasından ən azı 3 (üç) iş günü əvvəl sahibkarlıq subyekti və müvəkkil bank monitorinq barədə məlumatlandırılır;

9.5.3. Cəmiyyətin təşkil etdiyi monitorinq sahibkarlıq subyektinin səlahiyyətli nümayəndəsinin və (və ya) müvəkkil bankın nümayəndəsinin iştirakı ilə aparılır və müvafiq aktla rəsmiləşdirilir.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51