30 noyabr 2017, 16:00

Azər Yusifovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz şagirdlər Sizin “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyanın keçirilməsi ilə bağlı təşəbbüsünüzü alqışlayırıq. Əlbəttə, Vətənimizi gəzdikcə, gördükcə, tanıdıqca ona heyran qalır və daha çox sevirik. Eyni zamanda, bu tur-aksiya şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərir.

Əziz Prezidentimiz, gənc nəslə göstərdiyiniz qayğı və diqqətə görə Sizə və Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın inkişafı, çiçəklənməsi yolunda fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Yusifov Azər Sərxan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.