30 noyabr 2017, 18:00

Fərid Qaraxanovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınıza əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçısı oldum. Bu gün özümü ən xoşbəxt gənclərdən biri kimi hiss edirəm. Bu ekskursiya çərçivəsində özümə yeni dostlar qazandım, ölkəmiz, onun tarixi ilə bağlı yeni məlumatlar əldə etdim.

Artıq mən də hər zaman televiziyadan maraqla izlədiyim tədbirin iştirakçılarından biriyəm. Çox vaxt kitablarda şəkillərinə baxdığım Gəncə şəhərini, Göygöl və Şəmkir rayonlarını əyani şəkildə gördüm. Mənim ən böyük arzularımdan biri Göygölü görmək idi. Artıq mən bu arzuma çatdım. Bununla yanaşı, qüdrətli xanlarımızdan olan Cavad xanın həyatı ilə bağlı əsas tarixi mənbələrlə, bir sıra maraqlı tarixə malik abidələrimizlə yaxından tanış olduq.

Möhtərəm Prezident, “Ölkəmizi tanıyaq” tur-aksiyası Sizin gənc nəslə göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir. Bizim üçün belə şərait yaratdığınıza görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Qaraxanov Fərid Mehman oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Pambıqkənd kəndi.