30 noyabr 2017, 18:30

Səidə İsmayılovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya bizim rayonun məktəbliləri də qatılır. Builki tur-aksiyada məktəbimizin adından mən iştirak etdim. Təəssüratlarım çox böyükdür. Səfər zamanı ölkəmizin dilbər guşələrində olduq.

Cənab Prezidentimiz, bütün bunlar Sizin biz məktəblilərə və gənclərə olan qayğınızdan irəli gəlir. Bizi daim diqqət mərkəzində saxlamağınızdan daha da ruhlanırıq. Bu xoş münasibət Vətənimizə, dövlətimizə layiqli vətəndaş olaraq böyüməyimiz üçün stimul olur.

Möhtərəm cənab Prezident, bütün bunlara görə Sizə şəxsən öz adımdan, təhsil aldığım orta məktəbin kollektivi və şagirdləri adından dərin təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İsmayılova Səidə Gündüz qızı,

Zəngilan rayon 32 nömrəli tam orta məktəbin şagirdi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirşağı qəsəbəsi.