30 noyabr 2017, 19:30

Vəzifə Əliyevadan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən gözəl ölkəmizin kəndlərindən birində 9-cu sinifdə təhsil alan şagirdəm. Bu yaxınlarda rayonumuzdan mən də daxil olmaqla bir qrup şagird “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etmək xoşbəxtliyinə nail oldu. Bu tur-aksiya çərçivəsində Azərbaycanımızın gözəl guşələrindən olan Gəncə şəhərinə və Şəmkir rayonuna səfər etdik.

Hörmətli cənab Prezident, getdiyimiz yerlərdə də ölkəmizin inkişafını, çiçəkləndiyini görmək bizi olduqca sevindirdi və məmnun etdi. Bütün bunlar Sizin yorulmaz əməyiniz, uzaqgörən, dinamik daxili və xarici siyasətiniz, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyiniz nəticəsində mümkün olub.

Əziz Prezidentimiz, Sizə bir daha bütün məktəbli yoldaşlarım və rayonumuzun ictimaiyyəti adından təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı, bu çətin və məsuliyyətli işinizdə uğurlar arzulayıram. Qoy, ölkəmiz həmişə azad, xalqımız firavan və xoşbəxt, bayrağımız ucalarda olsun!

İnkişafda yeni zirvələr fəth edən Azərbaycan Respublikasının bu yolda ümid yeri, dayağı və Prezidenti, həmişə var olun!

Hörmətlə,

Əliyeva Vəzifə Şahin qızı.

Azərbaycan Respublikası, Salyan rayonu, Şəkərli kəndi.