01 dekabr 2017, 18:30

Sevinc Babayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq uşaqların və gənclərin hərtərəfli qayğı ilə əhatə olunmasını təmin etdiniz. Sizin təşəbbüsünüzlə və tapşırığınızla təşkil olunan bir çox məqsədyönlü tədbirləri buna misal göstərmək olar.

Mənim övladım Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın builki mərhələsində iştirak etdi və səyahətdən çox zəngin təəssüratla, böyük sevinclə geri döndü.

Əziz və hörmətli Prezidentimiz, hər zaman gənc nəsli düşündüyünüzə, övladlarımızın düzgün tərbiyə olunması və Vətənə layiqli vətəndaşlar kimi yetişməsi üçün əlinizdən gələni əsirgəmədiyinizə görə bir valideyn olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Var olun, cənab Prezident!

Hörmətlə,

Babayeva Sevinc.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.