04 dekabr 2017, 14:20

Pakizə Məmmədovadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən Ağdamın Qiyaslı kəndindənəm. İşğaldan sonra Tərtərə pənah gətirmişik. Uzun illər idi ki, evsiz-eşiksiz idik. Sizin diqqət və qayğınızla bizə də məcburi köçkünlər üçün salınan qəsəbədən 3 otaqlı ev veriblər.

Yaşımın bu çağında mənə belə sevinc yaşatdığınız üçün Sizə həm məcburi köçkün kimi, həm də şəhid anası kimi minnətdarlığımı bildirirəm. Sizinlə görüşümü həyatımın ən əlamətdar, ən yaddaqalan günü hesab edirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Məmmədova Pakizə.

Azərbaycan Respublikası, Tərtər rayonu.